Milli Kitabxanada “17 oktyabr Füzuli şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olundu

Milli Kitabxanada “17 oktyabr Füzuli şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olundu 

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 17 oktyabr “Füzuli şəhəri günü” kimi qeyd olunur.

Faktinfo.az xəbər verir ki,bu münasibətlə Milli Kitabxanada “17 oktyabr – Füzuli şəhəri günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, kitab və məqalələr, ənənəvi sərgidə isə Füzuli şəhərinin toponimiyasını, tarixini, memarlıq abidələrini, Azərbaycanda erməni-daşnak terrorunun xronologiyasını, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondundan kitablar və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi kitab sərgisi 1 həftə davam edəcəkdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi