Milli Kitabxanada “18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu

Milli Kitabxanada “18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu 

18 oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunur.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Faktinfo.az xəbər verir ki,Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr- Müstəqilliyin Bərpası Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

 Virtual sərgidə fotolar, ölkəmizin müstəqillik tarixi, təhsil sistemi, inkişaf yolu, xarici siyasəti və s. ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr, ənənəvi sərgidə isə Milli Kitabxananın fondundan Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan və digər dillərdə olan kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/dovlet_musteqilliyinin_berpasi_gunu/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgi 1 həftə davam edəcəkdir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi