Milli Kitabxanada 20 Yanvar hadisələri ilə bağlı növbəti tədbir keçirilib

Milli Kitabxanada 20 Yanvar hadisələri ilə bağlı növbəti tədbir keçirilib - FOTOLAR

19 yanvar tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində 20 yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbirdə K. Kərimov adına 8 saylı tam orta məktəbin 4b, 5b, 6a, 6c sinif şagirdləri iştirak ediblər.Öncə faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirələri bir dəqiqəlik sükut ilə yad edilib. Tədbirin açılışında bölmənin müdiri Lalə Salahova 34 il əvvəl baş vermiş yanvar hadisələri haqqında şagirdlərə məlumat verib. Daha sonra məktəblilər xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 yanvar hadisəsi haqqında kitablarla tanış olub, şeirlər və hekayələr söyləyiblər.

Eyni zamanda Milli Kitabxananın əməkdaşları tərəfindən “20 Yanvar Ümumxalq hüzn günüdür” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə nümayiş olunan kitablar tam mətnləri ilə verilib.

Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm linkindən istifadə edə bilər.

Milli Kitabxanada 20 Yanvar hadisələri ilə bağlı növbəti tədbir keçirilibMilli Kitabxanada 20 Yanvar hadisələri ilə bağlı növbəti tədbir keçirilibMilli Kitabxanada 20 Yanvar hadisələri ilə bağlı növbəti tədbir keçirilibMilli Kitabxanada 20 Yanvar hadisələri ilə bağlı növbəti tədbir keçirilibMilli Kitabxanada 20 Yanvar hadisələri ilə bağlı növbəti tədbir keçirilibMilli Kitabxanada 20 Yanvar hadisələri ilə bağlı növbəti tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi