Milli Kitabxanada “26 avqust – Laçın şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “26 avqust – Laçın şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, “26 avqust– Laçın şəhəri günü” elan edilib.

26 avqust -Laçın şəhər günü yalnız şəhərin azad edilməsinin xatırlanması deyil, həm də Azərbaycan dövlətçiliyinin, milli birliyin və tarixi ədalətin simvoludur. Bu günün qeyd olunması Azərbaycan xalqının milli iradəsini, dövlətin gücünü və tarixi ədalətin bərpasını əks etdirir.

Milli Kitabxanada bu əlamətdar gün münasibətlə “26 avqust – Laçın şəhəri günü” adlı virtual sərgi (http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm) və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Təqdim olunan sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər