Milli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilib

Milli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilib - FOTO

Milli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir və elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Faktinfo.az xəbər verir ki,tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, 1918-ci ilin 28 may tarixində şərqdə ilk demokratik, dünyəvi respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub. Müstəqilliymizin nişanəsi olan cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti yalnız müsəlman şərqində deyil bütün dünyada demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmiş və bir çox ilklərə imza atmışdır. Bu dövrdə elm, təhsil, dövlətçilik və bir çox sahələrdə ciddi addımlar atılmış bu gün fəaliyyət göstərən Azərbaycan Milli Kitabxanasının özülü, yaranması haqqında ilk qərarlar da məhz bu dövrdə başlamışdır.

Uzun müddət, yəni sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyətinin qadağan olunmasına baxmayaraq, Azərbaycan xalqının tarixdə ikinci dəfə 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu qadağalara son qoyulub və Azərbaycan xalqı Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

1993- cü ildə Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Respublikasını yenidən quraraq, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi istiqamətində ciddi adımlar atmışdır.

Ümummilli lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmlədirib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi Bütov Azərbaycanda dalğalanır.

Bu şanlı tarixi bizə yaşadan Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və dövlətimizin, xalqımızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə minnətdarıq və Azərbaycan xalqı ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizın əziz xatirəsini heç vaxt unutmayacaqdır.

Bu gün Azərbaycan Milli Kitabxanasının da Azərbaycan dövləti onun müstəqilliyi, dövlət siyasəti, Azərbaycanın reallıqlarının dünyada təbliği istiqamətində öz üzərinə düşən məsələləri yerinə yetirirdiyini söyləyən direktor elektron məlumat bazalarının hazırlanması və 3 dildə dünyaya yayınlanmasının bu istiqamətdə atılan vacib adımlardan biri olduğunu vurğulayıb.

Sonda professor Kərim Tahirov “28 May – Müstəqillik Günü” münasibətilə Azərbaycan xalqını, dövlətini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edib uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova 1918-ci ildə yaranan müsəlman şərqində ilk müstəqil respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında bəhs edərək bildirik ki, 1993- cü ildə Ulu Öndər Heydər Əliyevin liderlik siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb. Bu gün Ulu Öndərimizin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, üç rəngli bayrağımızın həmin ərazilərdə dalğalandığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olan ərazılərdə qurub yaratmaq siyasətinə Azərbaycan Milli Kitabxanasının da qoşulduğunu və 2021- ci ildə Milli Kitabxananın direktoru prof. Kərim Tahirovun təklifi ilə Kitabxanada “Qarabağa kitabla gedək” layihəsi həyata keçirildiyini söyləyən direktor müavini artıq Ağdamda, Laçında, Xankəndində qurulan yeni kitabxanaların kitabla təmin olunduğunu bildirib.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən bu münasibətlə hazırlanan “28 May - Müstəqillik Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Şərqdə İlk Parlamentli Respublika - Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlərin fikirləri”, “İstiqlal Bəyannaməsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan Hökuməti”, Azərbaycan Xalq Cümhuriyyətinin İqtisadi İnkişaf Platforması”, “Təhsil”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya”və s. bölmələrdən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Cumhuriyyet/ linkindən istifadə edə bilərlər.

Sonda iştirakçılar bu tarixi və əlamətdar gün ilə əlaqədar hazırlanan“28 May - Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.

 Sərgidə rəsmi sənədlər toplusu, müstəqil Aərbaycanın tarixi və bu günü, dövlət rəmzləri, milli istiqlal mübarizəsi tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında əvəzsiz tarixi xidmətləri olan aydınlarımızın həyat və və fəaliyyəti haqqında, ordu quruculuğu, dövlət-din münasibətləri, dil, məktəb və tədrislə bağlı görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr, səhiyyənin təşkili və bu sahələrdə fəaliyyət göstərən rəsmi və qeyri-hökumət təşkilatlarının fəaliyyəti haqqında Azəbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Faktinfo.az

Milli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada "28 May – Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi