Milli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

Milli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

30 dekabr tarixində Milli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirilib.

Faktinfo.az xəbər verir ki,Milli Kitabxananın direktoru Kərim Tahirov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün Azərbaycan tarixindəki önəmindən, xalqımızın daima birlik nümayiş etdirməsindən, haqq səsimizin dünyaya çatdırılması işində həmrəyliyimizin əhəmiyyətindən danışıb. 

O, həmçinin çıxışında Azərbaycan mədəniyyətinin, tarixinin digər ölkələrdə təbliğ olunması məqsədilə xaricdə yaşayan həmvətənlərimiz tərəfindən həyata keçirilən tədbirləri qeyd edərək, Milli Kitabxananın bu yolda həmvətənlərimizə göstərdiyi dəstəkdən bəhs edib.

Tədbir çərçivəsində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı ənənəvi kitab sərgisinin təqdimatı olub.

Milli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilibMilli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilibMilli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilibMilli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi