Milli Kitabxanada "Cəlil Məmmədquluzadə-155" adlı ənənəvi kitab sərgisi açılıb

Milli Kitabxanada "Cəlil Məmmədquluzadə-155" adlı ənənəvi kitab sərgisi açılıb - FOTO

Azərbaycanın görkəmli yazıçısı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) anadan olmasının 155 illi tamam olur.

Tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi, yeni tipli ictimai satiranın yaradıcısı  Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci il iyun ayının 7-də Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirib, 1887-1897-ci illərdə İrəvan quberniyasının kəndlərində müəllimlik edibdir.

İlk məlum bədii əsəri sayılan “Çay dəsgahı” alleqorik pyesini və “Danabaş kəndinin əhvalatları” povestini bu dövrdə yazıb.

1905-1907-ci illərdə ilk kitabçaları olan “Poçt qutusu”, “Usta Zeynal”, “Qur banəli bəy”, “İranda hürriyyət” bu mətbədə nəşr olunub. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb.

1906-cı il aprel ayının 7-də, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub.

Faktinfo.az xəbər verir ki,yazıçının anadan olmasının  155 illiyi münasibətilə Milli Kitabxanada Cəlil Məmmədquluzadənin yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb. Sərgidə ədibin əsərləri, haqqında kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Ənənəvi sərgi 1 həftə davam edəcək.

Milli Kitabxanada "Cəlil Məmmədquluzadə-155" adlı ənənəvi kitab sərgisi açılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi