Milli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib

Milli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib - FOTOLAR

Sentyabrın 28-də Milli Kitabxanada 18-28 sentyabr tarixlərində keçirilən ənənəvi XV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” mövzusunda həyata keçirdiyi birgə layihə üzrə 18 Azərbaycan bəstəkarının not məcmuələrinin təqdimat mərasimi keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları və iştirakçıları salamlayıb, bildirib ki, bu günlərdə Azərbaycanda hər il olduğu kimi keçirilən möhtəşəm XV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir. Direktor Milli Kitabxananın 2019-cu ildən bu günə kimi Azərbaycan musiqisinin dünyada təbliği istiqamətində aktiv şəkildə səmərəli fəaliyyət göstərdiyini qeyd edib, həmçinin Beynəlxalq Petruççi Musiqi Kitabxanası ilə olan əməkdaşlıq haqqında məlumat verib, dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruççi Musiqi Kitabxanasının saytında yerləşdirildiyini diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycan bəstəkarlarının Sovet dövründə Bakıda nəşr olunan not məcmuələri yenidən çap olunur və yerli musiqi məktəblərinə göndərilir. Direktor Üzeyir Hacıbəylinin, Süleyman Ələsgərovun, Cövdət Hacıyevin və digər Azərbaycan bəstəkarlarının not məcmuələrinin Azərbaycan bəstəkarlarının arxivindən istifadə edilərək yenidən tərtib edilib nəşr olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb, eyni zamanda Milli Kitabxananın 100 illik yubileyi ilə bağlı bir sıra layihələr həyata keçiriləcəyini, Azərbaycan bəstəkarları ilə bağlı fundamental biblioqrafiyaların nəşr olunduğunu və bu istiqamətdə nəşrlərə davam edildiyini söyləyib.

 Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxışında belə bir festivalın əsas məqsədinin klassik musiqimizi geniş kütlələrə çatdırmaq olduğunu qeyd edib. O, Azərbaycan bəstəkarlarının əsərlərinin geniş miqyasda təbliğ olunmasında Milli Kitabxananın rolundan söz açaraq, bunun üçün başda Kərim Tahirov olmaqla kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib. Natiq, həmçinin Üzeyir Hacıbəylinin yeni (nadir) əlyazmalarının aşkar olunduğunu və yeni əsərlərin çap olunmasının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Quliyev çıxışında Milli Kitabxanada keçirilən tədbirin milli musiqimizin öyrənilməsi və təbliği istiqamətindəki əhəmiyyətindən danışaraq, kitabın bilik, idrak mənbəyi olduğu söyləyib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ilk olaraq professor Kərim Tahirov başda olmaqla Milli Kitabxananın əməkdaşlarını 100 illik yubiley münasibətilə təbrik edib, nəşr olunan not əsərlərinin, biblioqrafiyalarının önəmindən danışıb.

Xalq artisti Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov belə bir tədbirə dəvət olunduğu üçün xoşbəxt olduğunu, böyük bəstəkarların əsərlərini  çap etdiyi üçün Milli Kitabxanaya babasının sənətinin qoruyucusu  kimi təşəkkürünü bildirib.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov bütün əsərlərin nəşrində zəhməti keçən hər kəsə öz minnətdarlığını bildirərək, bir çox əsərlərin birinci dəfə nəşr olunduğunu söyləyib, belə bir layihə üçün Milli Kitabxanaya öz təşəkkürünü bildirib.

Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, not məcmuələrinin redaktoru, Xalq artisti Sərdar Fərəcov keçirilən bu tədbirin Musiqi Festivalını daha da gözəlləşdirdiyini qeyd edib, bu ənənə vasitəsilə heç vaxt çap olunmayan Azərbaycan bəstəkarlarının əsərlərinin işıq üzü gördüyünü diqqətə çatdırıb və bu istiqamətdə Milli Kitabxanaya uğurlar arzulayıb.

 Sonda professor Kərim Tahirov nəşrlərin hazırlanmasında əməyi keçən kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsinin əməkdaşlarına və Xalq artisti Sərdar Fərəcova təşəkkürürünü bildirib, gələcəkdə ayrı-ayrı bəstəkarların əsərlərinin toplularının, daha az çap olunanların nəşrinin həyata keçiriləcəyini, tədbirdə çıxış edənlər tərəfindən səsləndirilən bütün təkliflərin nəzərə alınacağını qeyd edib, qonaqlara, iştirakçılara təşəkkür edib.

Faktinfo.az



Milli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilibMilli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilibMilli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilibMilli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilibMilli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilibMilli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilibMilli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyasından nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi