Milli Kitabxanada "Novruz - xalqımızın əziz bayramı" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "Novruz - xalqımızın əziz bayramı" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 

Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı, dilimizi, zəngin folklorumuzu özündə yaşadan Novruz bayramı xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirir.

Xalqımızın formalaşmasında, tarixində, mədəniyyətində,  adət-ənənələrində milli özünüdərkində və təfəkkürünün inkişafında Novruz bayramının özünəməxsus yeri var.

Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz bayramı insanlar arasında bərabərlik, dostluq, sülh bayramı olmaqla yanaşı, milli və bəşəri dəyərlərimizi özündə əks etdirən, xalqı firavan həyata, sülhə, dostluğa çağıran zəngin, əvəzsiz yaz bayramıdır.

Faktinfo.az xəbər verir ki,Novruz bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Novruz - xalqımızın əziz bayramı" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə bayram haqqında məlumatlar, fotolar, Novruz adət-ənənələrini, Novruz deyimlərini və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm  linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanası bütün Azərbaycan xalqını milli bayramımız Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza bahar əhval-ruhiyyəsi, sağlamlıq arzu edir. Bu bayram öz gəlişi ilə hər bir evə bol ruzi-bərəkət və firavanlıq gətirsin! Novruz bayramınız mübarək olsun!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi