Milli Kitabxanada “Qubadlı şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu

Milli Kitabxanada “Qubadlı şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu 

Oktyabr ayının 25-i Azərbaycanda Qubadlı şəhəri günü kimi qeyd olunur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr “Qubadlı şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Müzəffər Azərbaycan ordusunun Qubadlı şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etməsi tarixi ilə bağlıdır.

Faktinfo.az xəbər verir ki,bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Qubadlı şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, ənənəvi sərgidə isə Qubadlı şəhəri haqqında, eləcə də Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsini və Böyük Zəfəri əks etdirən kitablar və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qubadl%C4%B1_bizimdir/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgi 1 həftə davam edəcəkdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi