Mingəçevir və Samux rayon Baytarlıq İdarəsi rəisləri də vəzifədən çıxarıla bilər

Mingəçevir və Samux rayon Baytarlıq İdarəsi rəisləri də vəzifədən çıxarıla bilər 

Faktinfo.az xəbər verir ki, bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Kollegiya iclasında nazir Heydər Əsədov bir sıra məsələlərlə yanaşı, baytarlıq idarələrindəki çoxsaylı nöqsanlardan da söz açmış, bu sahədə əsaslı dönüş yaradılmasının vacibliyini bildirmiş və öz işinə məsuliyyətsiz yanaşanlarla bağlı ciddi ölçü götürüləcəyini xüsusi vurğulamışdı.

Həmin vaxtdan heç 2 ay keçmədi, artıq haqqında tədbir görülən var. Belə ki, ötən həftə Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi  işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edildi. Onun fəaliyyətinin araşdırılacağı və daha ciddi cəzalandırılacağı vurğulandı.

 Faktinfo.az-a daxil olan məlumata görə, bu hələ son deyil. Qarşıdakı günlər və həftələrdə daha bir neçə idarə rəisinin işdən azad olunacağı gözlənilir. Bu sırada Mingəçevir və Samux rayon Baytarlıq İdarəsi rəislərinin adı xüsusi vurğulanır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi