Misir ilə BƏƏ daha Həftəri dəstəkləməyəcəklər?

Misir ilə BƏƏ daha Həftəri dəstəkləməyəcəklər? – “Türkiyə ilə ayaqlaşa bilməzlər”

Misir ilə BƏƏ-nin Liviyada qiyamçı general Həftəri dəstəkləməyi dayandırmağa hazırlaşdığı xəbəri yayılıb.

Hollandiyanın Klinqendal İnstitutunun eksperti Cəlal Harşavi bu xəbəri belə şərh edib: “2020-ci ilin baharında BƏƏ-nin Tripoliyə qarşı hücumlar edən Həftəri qoruyacaq hərbi və diplomatik təsirə malik olmadığı aşkarı çıxdı. BƏƏ NATO üzvü olan Türkiyə ilə müqayisə edilə bilməz”

Misirin “Mada Masr” internet saytının misirli və liviyalı mütəxəssislərə istinad elədiyi xəbərdə Əbu Dabi ilə Qahirənin Tripolini ələ keçirmək üçün bir ildən artıq müddətdə aparılan müharibədə uğursuzluğa uğrayan Həftərin əvəzinə Liviya daxilində yeni qüvvə axtarmağa başladıqları iddia edilir.

Həftərə yaxın olan və adının açıqlanmasını istəməyən siyasi mənbə BƏƏ ilə Misirin “Həftərin işinin bitdiyini” qərara aldıqlarını bildirib./Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi