Misir Mərdanov: “Bəxtiyar Hacıyevin təhsil almasına Ramiz Mehdiyev mane oldu”

Misir Mərdanov: “Bəxtiyar Hacıyevin təhsil almasına Ramiz Mehdiyev mane oldu” 

“Bəxtiyar Hacıyevi yaxşı tanıyıram. Qəbulumda da olub. Onun Harvard Universitetində oxuması üçün müsbət rəy vermişəm”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq təhsil naziri Misir Mərdanov “Laf TV”yə müsahibəsində bildirib.

 

“Mənə dedilər ki, bunu oraya getməsi qeyri-mümkündür. Prezident yanında Təhsil Komissiyası yaradılmışdı, sədr də Ramiz Mehdiyev idi. Son qərarı komissiya verirdi. Onun təhsil almasına Ramiz Mehdiyev mane oldu. Fəxr edirəm, o, Harvardı bitirən ilk azərbaycanlıdır. Təqdimat yazdım, göndərdim, başqa nə edə bilərdim ki?! Hamı görürdü ki, Bəxtiyar Hacıyev açıq fikirli, savadlı və bacarıqlıdır. Onun gələcəyindən qorxaraq belə etdilər” – M.Mərdanov qeyd edib.

 

Nəzrin Cavid

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi