Misir Mərdanov niyə and içib?-

Misir Mərdanov niyə and içib?- Sabiq nazirdən təəcüb doğuran açıqlama

“Mən ordan çıxmışam və buna görə də o işə qarışmıram. And içmişəm ki, təhsillə bağlı bir kəlmə də danışmayacağam”.

Faktinfo.az xəbər verir ki, bu sözləri Bizim.Media.az-ın  son günlər müəllim-şagird arasında baş verən hadisələrə dair sualına cavab olaraq sabiq təhsil naziri Misir Mərdanov deyib.

Misir Mərdanov fikrini belə izah edib ki, jurnalistlər onlara verilən açıqlamaların müəyyən hissələrini kəsməklə həm də qismən təhrif etmiş olurlar.

Nəticədə isə müsahibin demək istədiyi yox, başqa məna ortaya çıxır:

“Ona görə də mən istəmirəm. Məni düzgün başa düş. Qərara gəlmişəm ki, təhsillə bağlı heç nə danışmayacağam. O qədər danışanlar var ki, qoy danışsınlar”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər