Mixail Podolyak:"Azərbaycan dostlar sırasındadır"

Mixail Podolyak:"Azərbaycan dostlar sırasındadır" 

Ümumilikdə, dostlar dost olduqlarını sübut etdilər və Azərbaycan dostlar sırasındadır.

Böhran şəraitində dünya ağ-qara olur. Qəlbi gözəl insanlar pis ola bilməzlər, qəlbi qara olanlar isə şəraitdən istifadə edirlər. Bəzi Avropa ölkələri və uşaqların öldürülməsini normal qarşılayan siyasətçilərin timsalında bunu görmək olar.

Faktinfo.az  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Report.az-a müsahibəsində deyib.

Azərbaycanın Ukraynaya humanitar yardımından danışan siyasətçi bildirib:

“Dünya bu baxımdan Ukraynaya çox isti yanaşdı. Qaçqınlarımıza yardım göstərilir, ərzaq məhsullarının, geyimlərin daşınmasını təmin edən humanitar dəhlizlər yaradılıb. Bu, Ukraynaya çox kömək edir, çünki faktiki bu gün iqtisadiyyatımız işlək vəziyyətdə deyil. Ölkənin bu qədər böyük hissəsində hərbi əməliyyatların aparılması şəraitində humanitar yardım çox böyük əhəmiyyətə malikdir. Buna görə də səsimizə səs verən bütün dövlətlərə, o cümlədən ayrı-ayrı şəxslərə minnətdarlığımızı bildiririk”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi