MN sözçüsü:"Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib"

MN sözçüsü:"Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib" 

“Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib.

O bildirib ki, ordumuz düşmənə adekvat tədbir görür: “Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan 1 addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”/APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər