Rusya yönümlü Dodon seçkini uduzur, Sandu irəlidədir

Rusya yönümlü Dodon seçkini uduzur, Sandu irəlidədir 

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 90 faizinin nəticələrini açıqlayıb.

Prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 51,46 faiz səslə öndədir. Moldavanın hazırki prezidenti İqor Dodon isə 48,54 faiz səs toplayıb.

Moldova qanunvericiliyinə görə, prezident seçkilərinin qalibi etibarlı səslərin yarıdan çoxunu alan namizəd olacaq.

Xatırladaq ki, 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər