Mübariz Mənsimova orden verildi

Mübariz Mənsimova orden verildi 

“Palmalı” şirkətlər qrupunun prezidenti Mübraiz Mənsimov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilib.

Bu barədə Kiyevdən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının İnformasiya Departamentindən məlumat veriblər.

 

Məlumatda deyilir: “23 aprel 2020-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Palmalı Şirkətlər Qrupunun Prezidenti, messenat Mübariz Mənsimovun (Qurbanoğlu) “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif olunması haqqında əmr imzalayıb. UQTMŞ Sədrinin əmrində deyilir: “Türk Dünyası və İnsanlıq qarşısında müstəsnə xidmətlərinə görə Mübariz Qurbanoğlu Ukrayna Qarpapaq Türkləri Milli Şurasının “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilsin./Yenigündəm.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi