Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə bağlı yoxlama materialları DTX-ya təqdim edildi

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə bağlı yoxlama materialları DTX-ya təqdim edildi 

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında mühasibatlıq işçilərinin və bu tibb müəssisəsində çalışmayan şəxslərin plastik kart hesablarına əsassız vəsaitlərin köçürülməsi, tibb işçilərinin tarif dərəcələrinin düzgün müəyyən olunmaması nəticəsində artıq əməkhaqı, habelə əməkhaqına qeyri-qanuni əlavələrin edilməsi kimi hallar müəyyən edilib.

 Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 Bundan əlavə, hərbi xidmət dövründəxəsarət alan hərbi qulluqçulara sığorta ödənişi üçün verilmiş arayışların bir qisminin sənədləşmələrində qanunvericiliyin tələblərinin pozulması halları da aşkarlanıb. Artıq ödənişlərin bərpası və təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədi ilə yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər