Müəllim məktəbə buraxılmır-

Müəllim məktəbə buraxılmır- TƏBİB "rəsmiyyət" axtarışında -FOTO

189-190 saylı məktəbin biologiya müəllimi Adil Cəfərov məktəbə buraxılmır.Əslində onun məktəbə buraxılmamasının səbəbkarı məktəb rəhbərliyi yox,Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “COVID-19 immunitet sertifikatı”nın verilməsində tətbiq olunan absurd qərardır.

Faktinfo.az müəllimin saytın elektron ünvanına göndərmiş olduğu məntiqlə əsaslandırılmış fikirləri təqdim edir:

Mən, Cəfərov Adil 189-190 nömrəli məktəbdə biologiya müəllimi işləyirəm.Sentyabr ayının əvvəlində direktor WhatsApp”a səsli mesaj atdı ki,vaksin olunmayan və ya əks-göstəriş sertifikatı (ya da immun sertifikatı) olmayan müəllimlər işə buraxılmayacaq. Dərsə buraxılmayan müəllimlər üçün  həmin günlər  “proqul” sayılacaq. 

Bir müddət əvvəl Covid-19-u qeydiyyata düşmədən keçirtmişdim.Ona görə qərara aldım ki, antitel analizini özəl klinikalardan birində yoxladım.Analizin nəticəsi mənim özumü də təəccübləndirdi (22.8, 10-dan yuxarı pozitiv sayılır).Həmin kağızı gotürüb məktəbə yollandım.Lakin təsərrüfat işləri üzrə direktor müavini məni qarşılayıb dedi ki,direktor göstəriş verib sizi buraxmayım.Digər bir direktor müavini ilə əlaqə saxlayıb kağızın surətini onun WhatsApp-ına atdım və xahiş etdim ki, direktora çatdırsın.Cavab belə oldu ki,onun əsasında TƏBİB-dən immun sertifikatı almalıyam,sonra məktəbə buraxa bilərlər.Çox çətinliklə (1 saata yaxın gözləməklə) TƏBİB-in qaynar xəttinə zəng etdim.Bu müraciyyətimdə qaldırmaq istədiyim məsələləri həmin xanıma dedikdə,o heç bir cavab tapa bilmədiyindən kobud şəkildə telefonu üzümə qapatdı.


Belə başa düşürəm ki, hər hansı sahədə icbari vaksinləşməni tətbiq etmək üçün əmrdə bir budaq cümləsi olmalı idi (könüllüdür,amma xüsusi hallar istisna olmaqla).Həmin sahələrə rəhbərlik edən şəxslər ayrıca bir əmrlə orada işləyənlərin icbari vaksin olacağını bildirirlər (xüsusi hal kimi, insanlarla kontaktda çox olurlar).Əsas məsələ isə həmin əmrlərdən çıxan nəticələrin nizamlanmasıdır.Məsələn,əgər təhsil işçiləri, 18-dən yuxarı olan tələbələr üçün yuxarıda adları çəkilən sənədlərdən birinin olması vacibdirsə,onların növbədən kənar və ya ayrı bir məkanda vaksinləşməsinə şərait yaratmaq, əks-göstəriş və immun sertifikatlarının alınmasında ortalığa çıxan maneələri aradan qaldırmaq lazımdır.Həmin sahələrin işçiləri və tələbələr bilməlidirlər ki,əks halda onlar hansı “cəza”lara məruz qala bilərlər (töhmət,şiddətli töhmət,maaşların kəsilməsi,işdən qovulma və s.).Bildiyimə görə,bu məsələlər hələ ki qanunvericiliklə nizamlanmayıb.


TƏBİB-in  qaynar xəttində mənə cavab verən xanım bildirdi ki,onlar özəl klinikaların verdiyi nəticələri o vaxt nəzərə alırlar ki,vətəndaş xəstəliyi keçirəndə qeydiyyata düşsün.Xəstəliyi keçirməklə yaranan immunitet,vaksinlə yaranan immunitetden güclü olur.Vaksin vurulmasının mənası orqanizmdə immunoqlobulin G deyilən bir zülalın (həmin zülal Covid-19  viruslarını neytrallaşdırır)yaranmasıdır.Həmin zülal isə mənim qanımda artıqlaması ilə var.Sabah hər-hansı bir dövlət digər dövlətin verdiyi Covid -19 pasportlarını tanımasa və ya  qeyri-qanuni yolla alınmış Covid-19  pasportlarına qarşı mübarizə başlatsa, laboratoriyalarda insanların qan analizi əsas götürüləcək və dünyada qəbul olunmuş metodla insanda həmin zülalın mövcüd olub-olmaması (və hansı miqdarda) təyin ediləcək.Əgər TƏBİB özəl klinikaların verdiyi nəticəni qəbul etmirsə,yaxşı olar ki,öz laboratoriyasını yaratsın,ya da siyahı versin ki,hansı klinikalarda analiz vermək olar.


Digər bir məsələ.Həyat yoldaşım süd verən anadır.Ona poliklinikada deyirlər ki,uşaq 2 yaşdan yuxarıdır,sizə immun sertifikatı düşmür.Lakin heç bir yerdə yazılmayıb ki,süd verən ana və uşaq 2 yaşa qədər olmalıdır.Elə analar var ki,1 yaşında süd verməkdən kəsilir,bəziləri 3 yaşa qədər süd verə bilirlər.

Bütün bu hallar əhalidə vaksinləşməyə olan etibarı artırmır, əksnə azaldır.Elə təsəvvür yaranır ki,hamını hansı yolla olursa-olsun,vaksinləşdirmək istəyirlər.

Qeyd: Müəllim Adil Cəfərovun şikayəti bir daha subut edir ki,Tibbi Sığorta üzrə Dövlət Agentliyi,TƏBİB sədri,bu işə məsul olan dövlət qrumları “COVID-19 immunitet sertifikatı”nın verilməsində əhatəli mexanizm düşünüb ortaya qoya bilməyiblər.Yəni “COVID-19 immunitet sertifikatı”nın verilməsi üçün bütün dünya ölkələrinin məqbul bildiyi antitel analizinin nəticələrinə əsaslanan yekun rəydən Azərbaycan vətəndaşlarını kənarda tutublar."Rəsmiyyət" deyib vətəndaşların üzünə telefonları qapatsalar belə, bu işlərə məsul olan şəxslər daha yaxşı bilirlər ki, koronavirusa yoluxmanın pik vaxtlarında xəstəxanalarda nə boş çarpayı olub,nə də onların virusa yoluxmasını  rəsmiyyətə salmalı olan poliklinkalar normal işləyib.Bunlara rəğmən bütün hallarda antitel analizinin nəticələrini əsas götürməli olan TƏBİB  hazırda absurd qərarını pərdələmək üçün "rəsmiyyət" axtarışındadır.Narazı insanların  sayı isə minlərlədir.

Rizvan Əhmədli

FAKTİNFO.AZ

Müəllim məktəbə buraxılmır-Müəllim məktəbə buraxılmır-Müəllim məktəbə buraxılmır-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi