Müğənni xəstəxanadan qaçdı

Müğənni xəstəxanadan qaçdı - QALMAQAL

İki gün əvvəl əməliyyat olunmağa hazırlaşan müğənni Zenfira İbrahimova fikrindən daşınıb.

Faktinfo.az  Axşam.az-a istinadən xəbər verir ki, sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb. Buna isə Sirus Qoçxaninin Zenfiradan az əvvəl liposaksiya etdiyi xəstənin ölümü səbəb olub.

Bu xəbəri eşidən sənətçi bərk qorxuya düşərək əməliyyat masasına uzanmaqdan imtina edərək, evinə qayıdıb.

Qeyd edək ki, Zenfiranın əməliyyat olunacağı gün vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub. Medicina.az-ın xəbər vermişdi ki, Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu adı bir neçə dəfə xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani əməliyyat edib. Vəfat edən S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani "Baku Medical Plaza”da çalışır.  Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi