"Müharibə gözləniləndən çox sürəcək" - Merts Rusiyanı ittiham etdi

"Müharibə gözləniləndən çox sürəcək" - Merts Rusiyanı ittiham etdi 

Almaniya kansleri Fridrix Merts hesab edir ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə gözlənildiyindən daha uzun sürəcək.

Azpolitika.info  xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiyanın Baş naziri Petteri Orpo ilə keçirdiyi mətbuat konfransında Metrs danışıqların nəticə verməməsində Moskvanı günahlandırıb. Onun sözlərinə görə, Moskva danışıqlara hazır olduğunu nümayiş etdirmir və bu, hərbi əməliyyatların başa çatmasını ləngidir: “Müharibələr adətən tərəflərin hərbi və ya iqtisadi tükənməsi ilə başa çatır. İndi biz bundan çox uzağıq”.

Merts vurğulayıb ki, Kiyevin mümkün danışıqlar çərçivəsində istənilən güzəşti ağlabatan deyil. O, həmçinin Çini Avropa İttifaqının 30 günlük atəşkəs təklifini ehtiva edən nizamlanma planını dəstəkləməyə çağırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi