
Müharibə indi başladı! – Mirşaymer xəbərdarlıq etdi
ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının qızğın nöqtəsi indi başlayır.
Globalinfo.az xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer bildirib. O qeyd edib ki, proses Ağ Evin gözləntilərinin əksinə olaraq yalnız ilkin mərhələdədir və Vaşinqton üçün ciddi nəticələr doğura bilər.
Ekspertin sözlərinə görə, münaqişənin qısa müddətdə başa çatacağı ilə bağlı fikirlər reallığı əks etdirmir:
“Bu, müharibənin yalnız başlanğıcıdır. Onun bir həftəyə bitəcəyi və hər şeyin qaydasına düşəcəyi düşüncəsi xəyaldır. Proses yeni başlayır və vəziyyətin necə inkişaf edəcəyi əsasən Tehranın qərarlarından asılıdır”.
Mirşaymerin sözlərinə görə, ABŞ və İsrailin açıq hərbi addımları tərəflərin manevr imkanlarını məhdudlaşdırıb və bu, İran rəhbərliyini daha sərt qərarlar verməyə sövq edə bilər.
O vurğulayıb ki, zaman keçdikcə Tehran Vaşinqton və Təl-Əvivlə əməkdaşlığa daha az meylli olacaq. Professor hesab edir ki, ABŞ administrasiyası qarşı tərəfin əsas qərarların qəbulunda üstün mövqedə olduğu bir şəraitdə sürətli nəticə gözləməklə ciddi strateji səhvə yol verir.












Bu xəbər üçün şərh yazın