Murad Köhnəqala od püskürdü: "Kim Kəraməti yerə yıxıb, ağzına araq töküb?"

Murad Köhnəqala od püskürdü: "Kim Kəraməti yerə yıxıb, ağzına araq töküb?" 

Yazar Murad Köhnəqala onu ittiham edənlərə cavab verib.

Yazar yaxın dostu Kəramət Böyükçöllə bağlı baş verən olayda, konkret olaraq sonuncunun içkiyə meyl etməsində onu suçlayanlara kəskin cavab yazıb. M.Köhnəqala bu fikri yayanları "düşük" adlandırıb: "Bir-iki düşük yazır ki, guya Kəraməti mən içirdirəmmiş. Bir dəstə düşük də altından şərh yazıb məni söyürlər. Nə deyim, vallah, adam qalır belə. Bəs, indiyə qədər kim içirdirmiş Kəraməti? İçdiyinə görə atası ona təzyiq kimi "Ölsəm cənazəmin üstünə buraxmayın onu!" deyəndə kim içirdirmiş onu, görəsən? Kəramət alkoqoldan təmizlənmək üçün dəfələrlə sistem altında yatanda kim içirdirmiş onu? Birinci ailəsindən, ikinci ailəsindən ayrılanda kim yıxıb ağzına araq töküb onun? Bu, nə düşüncədi?"


M.Köhnəqala yazıb ki, K.Böyükçöl ötən il indiki həyat yoldaşı ilə iki aya yaxın onun üçotaqlı kirayə evində yaşayıb və o zaman onu içməyə qoymayıb: "Həyat yoldaşı Səidə xanım bunu təsdiqləyə bilər. İçmək istəyini bildirəndə üstünə bozarmışam, o da fikrindən vaz keçib. Həmin ərəfələrdə Kəramətlə Səidə şəhərə çıxıb harasa gedəndə narahat olub zəng eləmiş, qəti şəkildə içməməyini tapşırmışam. Onu bu cür ayıq saxladığıma görə atası mənə dəfələrlə minnətdarlıq eləyib. Tale elə gətirdi ki, bu dəfə də mən Kəramətin üçotaqlı evində öz istəyi ilə müvəqqəti yaşayası oldum. Son zamanlar içməsinə və içkili halda canlı yayım etməsinə etiraz olaraq gecə mübahisə edib əşyalarımı götürərək onların evindən çıxmışam. Həmin gün şair dostum Elman Tovuzgildə gecələmişəm".


M.Köhnəqala polis tərəfindən saxlanması məsələsini də detallı təsvir edib: "Sabah axşamtərəfi Kəramətgildə unutduğum notbuk adaptorunun arxasınca gələndə evdə polisləri görmüşəm. Polislər məni evə buraxmaq istəməsə də, mən israrla adaptorumu götürmək istədiyimi bildirmişəm. Onlar məni içəri buraxıblar. Kəraməti soruşmuşam, deyiblər ki, Kəraməti polis idarəsinə aparmışıq. Mən adaptorumu çantama qoyduqdan sonra polislər məni və Kəramətin yanına qonaq gələn yaxın dostu Ramili də maşına mindirərək 28-ci polis bölməsinə gətiriblər.


Mən Kəraməti polis bölməsində görmüşəm. Sonra hər üçümüzdən ifadə alaraq növbəti gün günorta vaxtlarında polis idarəsindən bizi çölə buraxıblar. Ramillə məni ayrıca, Kəraməti isə atasına təhvil verməklə buraxıblar. Atası isə onu müalicə olunmaq üçün hansısa dispanserə aparıb. Atası ilə zəngləşəndə müalicə məsələsini özü mənə dedi"./Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi