Müstəqil Azərbaycanın inkişaf yolundan bəhs edən kitab -

Müstəqil Azərbaycanın inkişaf yolundan bəhs edən kitab - “Sabitlik və rifah naminə siyasət”

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyevin yenicə çapdan çıxmış “Sabitlik və rifah naminə siyasət” kitabının təqdimat mərasimi keçirilib.

Nəşrin redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Faktinfo.az  xəbər verir ki, səkkiz fəsildən ibarət kitabda müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yoluna - həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlara, xarici siyasət strategiyasına, milli təhlükəsizlik mənafelərinin təminatı sahəsində əldə etdiyi nailiyyətlərə, beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyinə, yeni neft və enerji diplomatiyasına elmi-nəzəri və praktik cəhətdən nəzər salınır.

Təqdimat mərasimində Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu kitabın əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, kitabda əbədi müstəqilliyimizin banisi ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin müxtəlif istiqamətlərindən söhbət açılır. Güclü dövlət, müstəqil siyasət, yüksək sosial rifah ölkə rəhbərinin apardığı siyasətin prioritet hədəfləri kimi dəyərləndirilir, dövlətçiliklə siyasi varisliyin təntənəsi konkret faktlarla təhlil olunur. Nəşrdə, həmçinin respublikamızın keçdiyi uğurlu və şanlı inkişaf yoluna, milli dövlətçilik tariximizə ətraflı nəzər salınır.

Tədbirdə Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və başqaları kitabın məziyyətlərindən danışıblar.

Müstəqil Azərbaycanın inkişaf yolundan bəhs edən kitab -
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi