Müxalifət bu tarixə mitinq təyin etdi

Müxalifət bu tarixə mitinq təyin etdi 

Bəzi müxalifət partiyalarının liderləri və fəallarından ibarət Mitinq Komitəsi fevralın 29-da saat 15:00-dan 17:00-dək MSK-nın binası qarşısında etiraz aksiyası keçirmək niyyətilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bunu Mitinq Komitəsinin üzvü, D18 Hərəkatının lideri Ruslan İzzətli bildirib. İcra Hakimiyyətinə alternativ üçün 8 yer təklif edilib:


1. Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan;

2. 20 Yanvar küçəsi, 2527 ünvandakı məhəllə stadionu ("Moskva" Univermağının yaxınlığında);

3. Nəcəf Nərimanov küçəsi, 55 ünvanında yerləşən "Cıdır" restoranının qarşısındakı meydan;

4. Hüseyn Cavid heykəlinin ətrafındakı park (Yasamal rayonu, Elmlər Akademiyası nın yaxınlığında);

5. Qış parkı (Akademik Dram Teatrının qarşısında)

6. Mərkəzi park (Akademik Dram Teatrından yuxarı);

7. "28 may" metro stansiyasının qarşısındakı meydan (Cəfər Cabbarlının heykəli ətrafında);

8. Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu (keçmiş "Məhsul" stadionu).


Bildiriş R.İzzətlinin, eləcə də REAL Partiyasının rəhbəri İlqar Məmmədov, Müsavat Partiyası sədrinin müavini Fərəc Kərimli və müstəqil namizəd Fərhad Mehdiyevin adından göndərilib./Demokrat.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi