“Nadzor” başından güllələnərək ÖLDÜRÜLDÜ

“Nadzor” başından güllələnərək ÖLDÜRÜLDÜ 

Şəmkirdə güllələnmə olub.

Rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.

Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir./qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi