“Namizədliyimi mütləq verəcəm”

“Namizədliyimi mütləq verəcəm” - Deputat

“Növbədənkənar parlament seçkilərində mütləq namizədliyimi verəcəm”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. 

O bildirib ki, növbəti seçkilərdə söhbət parlamentə təkcə gənclərin gəlməsindən getmir: “Hesab edirəm ki, Milli Məclis siyasət meydanıdır. Burada gənclərdən başqa, siyasəti anlayan, başı çıxan, danışığını bilən, beynəlxalq aləmdə tanınan insanlar da olmalıdır. Həmçinin gənclər də gəlməlidir”.

Vahid Əhmədovun sözlərinə görə, Milli Məclisin buraxılması təbii haldır: “Uzun müddət idi ki, bu haqda söhbətlər gedirdi. Milli Məclis qanunverici orqandır. Parlament öz səlahiyyətini 2020-ci ilin noyabrında başa çatdırmalı idi. İslahatlar çox ciddi və çevik olduğu, cənab prezident hərtərəfli iqtisadi siyasi sosial islahatlar apardığı üçün Milli Məclisin daha tez buraxılmasına ehtiyac vardı”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi