Narkotik sərhəddən keçirsə, Sərhəd Xidməti hara baxır?

Narkotik sərhəddən keçirsə, Sərhəd Xidməti hara baxır? – Partiya sədrindən sensasion iddia

Azərbaycanda narkotik səlahiyyətli dövlət qurumlarının və ayrı-ayrı vəzifəli şəxslərin nəzarəti ilə yayılır.

Faktinfo.az xəbər verir ki, bu sensasion iddia ilə Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-nin efirində çıxış edib:

"“Patı” Azərbaycanda illərdir yayılıb. Polis orqanları, DTX, xüsusi xidmət orqanlarının digər bölmələri bunu görmürlərmi? Sərhəddən keçirsə, Sərhəd Xidməti hara baxır? Bunu niyə, necə keçirirlər? Deyilənə görə, ölkədə gündə 3 kilo “patı” hazırlanır. Elə kəndlər var ki, kütləvi şəkildə yayılıb. Ata-oğul yanaşı narkotikdən istifadə edir. Guya bilmirlərmi bu kimin əli ilə yayılır? 

Azərbaycanda bunun arxasında dayanan xüsusi qüvvələr var. Bunlar hakimiyyətin bilavasitə içində olan qüvvələrdir, səlahiyyətli dövlət adamlarıdır. Niyə şəhərin mərkəzindəki apteklərdə “patı” satılır? Bunlar kimin aptekləridir? Və ya maşınlarda açıq şəkildə satış edirlər. Hər yerdə də kameralar var. Görmürlərmi harada, hansı maşında satılır? Əvvəllər “Papanin”in adı var idi. Hamı bilirdi ki, orada bundan istifadə edirlər. Amma indi Bakının hər yeri “Papanin” olub. Hər biri bunu görür, sadəcə pul qazanırlar. Azərbaycanda plantasiyalar var. Bəs kimlərin nəzarətindədir?” 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi