"Navalnını Hüseyn Cavidin abidəsinin önündə yad etdiklərinə görə təəccüb və təəssüf etdim"-

"Navalnını Hüseyn Cavidin abidəsinin önündə yad etdiklərinə görə təəccüb və təəssüf etdim"- ETİRAZ

Fevralın 20-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld və ABŞ səfiri Mark Libbinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, drammaturq Hüseyn Cavidin heykəli önündə həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının xatirəsini yad etmələri müzakirələrə səbəb olub.

Səfir Fergus Auldun “X” (Twitter) səhifəsində paylaşdığı "Bu gün ABŞ səfiri Mark Libbi ilə yanaşı, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum" fikirləri də ictimaiyyətin tənqid və qınağına tuş gəlib.

Faktinfo.az xəbər verir ki,AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, ədəbiyyatşünas-alim Gülbəniz Babaxanlı Pravda.az-a açıqlamasında məsələyə etirazını bildirib: 

"Həmin ərazi Yasamal Rayon İcra Hakimiyyətinə aiddir. Çox təəccüb və təəssüf etdim ki, belə bir şeyə icazə veriblər. Düzgün deyil! Biz Hüseyn Cavidin özünə aid tədbirləri belə heykəlin önündə RİH-nin icazəsi ilə keçiririk. Məəttəl qalmışam ki, necə ola bilər, Navalnının xatirəsini qeyd edələr və bundan RİH-nin xəbəri olmaya? Hüseyn Cavid parkında uşaq əyləncələrinə də, hər şeyə icazə verirlər. Əslində, buna da etiraz edirik ki, bəzən heykəlin qarşısında karusel qurur, heykəlin fonunu korlayırlar. Hüseyn Cavidin qızı Turan Cavid məndən əvvəl Ev Muzeyinə rəhbərlik edib. O, həmişə belə şeylərə öz etirazını bildirirdi ki, park Hüseyn Cavidin adını daşıyır, ona yer verilibsə, heykəlin tam qarşısındakı meydan həmişə boş olmalıdır. Çünki Cavidi sevənlər, ziyarətinə gələnlər çoxdur. Hər yoldan keçən ayaq saxlayıb heykəlin möhtəşəmliyinə baxır. Həmişə heyranlıqlarını bildirirlər. Nə səbəbdən Navalnını heykəlin önündə yad etdiklərini bilmirəm. Hüseyn Cavidin Ev Muzeyinin bütün kollektivi adından bu məsələyə öz etirazımı bildirirəm!”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər