NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR –

NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR – Biabırçı olay

Naxçıvanda deputatın yumruqla vurduğu sakinin həbs olunduğu deyilir.

Azpolitika.info xəbər verir ki, bu barədə “Facebook”dakı “Gündəlik Naxçıvan” səhifəsi xəbər yayıb.

Yerli sakinlərin səhifəyə verdiyi məlumatda deyilir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Əli Abbasov Şərur rayonunun Şəhriyar kəndində sakinlərdən birini yumruqla vurub. Qısqanclıq zəminində baş verən hadisəyə deputatın kənddə “etik olmayan hərəkətlər etməsinin səbəb olduğu” bildirilir.

Sakinin döyülməsinin qisasını almaq üçün bıçaq götürüb deputatın yaşadığı Siyaqut kəndinə gəldiyi qeyd olunur.

Burada onun Ə.Abbasovu bıçaqlamaq istəyərkən bıçağın deputatın əmisioğluna dəydiyi, yaralanan şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir. Sakin isə həbs olunub.

Şərur Rayon Polis İdarəsindən “Gündəlik Naxçıvan”a bıçaqlanma faktı təsdiqlənib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi