NAZİRLƏRLƏ BAĞLI QİYMƏTLƏNDİRMƏ:

NAZİRLƏRLƏ BAĞLI QİYMƏTLƏNDİRMƏ: 2023-cü ildə bir neçə nazir "sürprizlə" qarşılaşa bilər

Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil, Kənd Təsərrüfatı,Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, o cümlədən TƏBİB-dən olunan şikayətlərin ölkə əhalisinin mütləq çoxluğunu əhatə etməsi siyasi hakimiyyət üçün narahatlıq doğurur.

  

  Faktinfo.az saytı əldə etdiyi məlumata əsasən bildirir ki, şikayətlərin çoxluğu, təkrar olunan şikayətlərdə artım faizi,bir çox hallarda səhv idarəetmədən və yanaşmadan qaynaqlanan narazılıqlar ciddi tədbir görülməsini şərtləndirib.Düşünülən,amma hələlik yekun qərar da olmayan qiymətləndirmədən sonra ola bilsin  ki,2023-cü ilin yanvar-fevral aylarında bir neçə nazir gözlənilməz "sürprizlə" qarşılaşsın.


 Həmçinin, TƏBİB-in idarəetməsində olan bir sıra xəstəxana tipli səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinə veriləcəyi, mümkün hesab edildiyi halda, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun Təhsil Naziri olma şansının olduğu qeyd edilir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi