Nazirlik təsdiqlədi-

Nazirlik təsdiqlədi- Summativlərin keçirilməsinə pul qanunsuz yığılırmış

Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.

Faktinfo.az xəbər verir ki, bu qanunsuz rüşvət yığma halı barədə Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov Trend-ə bildirib.Nazirlik rəsmisi açıqca deyib ki, summativlərin keçirilməsinə görə şagirdlərdən pul yığmaq məqbul hal deyil: “Ümumiyyətlə, məktəbin müəyyən maliyyə imkanları olmalıdır. Bununla bağlı məktəblər üçün vəsaitlər də nəzərdə tutulur, məktəblər həmin vəsaitlə summativləri keçirirlər. Elə məktəblər var ki, onlar sponsor köməyindən istifadə edirlər. Amma summativləri bayraq edib pul yığmaq məqbul hal deyil”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi