Nə "Airbus", nə "Boing"... - Rusiyadan Bakıya bu təyyarələr UÇACAQ

Nə "Airbus", nə "Boing"... - Rusiyadan Bakıya bu təyyarələr UÇACAQ 

 lent.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Aldığımız məlumata görə, “Aeroflot"un Bakıya uçan təyyarələri nə "Airbus", nə də "Boing" şirkətinə məxsus olan təyyarələrdir.

Bəs, “Aeroflot” Rusiyadan Azərbaycana uçuşları hansı təyyarələrlə həyata keçirəcək?

Dəqiqləşdirdiyimiz məlumata əsasən, “Aeroflot”un uçuşları "Sukhoi Superjet" təyyarələri ilə baş tutacaq.

Bu, aztutumlu sərnişin təyyarələridir. "Sukhoi Superjet" təyyarələri maksimum 100 sərnişin daşıya bilir.

"Sukhoi Superjet ilk dəfə 19 aprel 2011-ci ildə istismara verilib. Təyyarə Yuri Qaqarinin adını daşıyəb. "Sukhoi Superjet" təyyarəsi Rusiyanın Komsomolsk-Amur şəhərində yerləşən aviasiya zavodunda istehsal olunub.

Bu günə qədər adıgedən təyyarədən 200 ədəd istehsal edilib. Hazırda onlardan 162-si istifadə olunur. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər