“NƏ QƏDƏR Kİ, “AZƏRSIĞORTA” VƏ “AZSIĞORTA KİMİ ŞİRKƏTLƏR...”

“NƏ QƏDƏR Kİ, “AZƏRSIĞORTA” VƏ “AZSIĞORTA KİMİ ŞİRKƏTLƏR...” - Ekspert sığorta şirkətlərini “topa tutdu”

"Yanvarın 1-dən əmlak sığortası olmayanlara heç bir protokol yazılmayacaq?"

Artıq xeyli müddətdir ki, əmlakın icbari sığortası məsələsi əhali arasında ən çox müzakirə olunan mövzulardan biridir. “AzPolitika.info” xəbər verir ki, bir çox ekspertlər bu sığorta növünün lazımi səviyyədə tətbiqinə və effektinə skeptik yanaşırlar. Əhalinin də böyük hissəsinin sözügedən sığorta növünün şərtlərilə bağlı mövqeyi o qədər də müsbət deyil.

O da qeyd edilməlidir ki, sığorta şirkətlərinin indiyə qədərki fəaliyyətində mövcud olan çoxsaylı neqativ hallar ekspertlərin və əhalinin əmlakın icbari sığortası məsələsinə tənqidi yanaşmasında əhəmiyyətli rol oynayır.

Məsələn, Fed.az-a açıqlama verən sığorta mütəxəssisi İlkin İbrahimov sığorta şirkətlərini süründürməçilikdə və qeyri-qanuni hərəkətlərdə ittiham edərək, konkret faktlar açıqlayıb: “Son vaxtlar əmlakın sığortası müzakirə mövzususdur. Əksər ekspertlər və KİV birtərəfli olaraq, vətəndaşları günahlandırırlar. KİV-ləri və bir çox ekspertləri başa düşürəm, sığorta şirkətləri ilə əməkdaşlıq edirlər. Amma nə üçün onu da yazmırsınız ki, əmlakın sığortasına vətəndaşlar tərəfindən indiyədək marağın olmamasının bir səbəbi də sığorta şirkətlərinin vətəndaşı süründürməsidir” – deyə İlkin İbrahimov bildirib.

Ekspert həmçinin iddia edib ki, yanvarın 1-dən sığortası olmayanlara qarşı heç bir protokol yazılmayacaq. Çünki ən azından belə bir protokolun nümunəsi hazırlanmayıb. Ekspert qeyd edib ki, sığorta şirkətləri süründürməçiliklə yanaşı hətta nəzarətedici orqana yalan məlumat ötürməkdən, yaxud sığorta hadisəsinin miqyasını kiçiltməkdən çəkinmirlər.

Məsələn, İ.İbrahimov konkret faktlara istinad edərək bildirib ki, "Azərsığorta" şirkəti yanğın hadisəsi baş verməsinə baxmayaraq, əmlakı sığortalamaqdan imtina edib: “Nə qədər ki, ”Azərsığorta” kimi 2017-ci ildə vətəndaşın evində yanğın baş verməsinə baxmayaraq nəzarətedici orqana yalan məktub yazaraq, "yanan ev sığortalanmayıb" deyənlər cəzalandırılmayıb, sığortanın inkişafından danışmaq tezdir.” .

Ekspert “Azsığorta”nın isə əmlakı sığortalanan sahibkarlara baş vermiş sığorta hadisəsilə bağlı olduqca kiçik məbləğlər təklif etməkdə günahlandırıb:"Azsığorta" şirkəti 80 nəfərlik Ticarət Mərkəzində yanğına görə vətəndaşa gülməli məbləğ təklif edir. Sahibklarlar Konfederasiyası da heç bir müraciət filan etmir.”

Qeyd edək ki, "Azərsığorta" Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədovun adı mətbuatda bir sıra qanunsuzluqlarda, maxinasiyalarda hallanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər