"NEFT DAŞLARI" qəzetinin dərc olunmasından 55 il ötür

"NEFT DAŞLARI" qəzetinin dərc olunmasından 55 il ötür - FOTOLAR

Azərbaycanda bütün dövrlərdə neftçi peşəsi hörmətlə qəbul edilib. Neft sənayesində çalışan zəhmətkeş sinfə münasibət hazırda da dəyişməyib. Bu peşənin sahibləri həmişə fədəkar, zəhmətkeş və əməksevərlikləri ilə seçilib, təhlükədən qorxmayan insanlar hesab ediliblər.


 1967-ci ildə Neft Daşlarında rekord həcmdə - 7,6 milyon ton neft hasil edilib. Neftçilərin peşə bayramına təsadüf edən bir zamanda bu göstərici ümumittifaq respublikalar arasında Azərbaycan neftçisinin şöhrəti haqqında geniş təsəvvür yaradıb. Azərbaycan və dünya neft elminə, dünya texniki intellektinə verdiyi töhfələri nəzərə alınaraq, "NEFT DAŞLARI" qəzeti neft daşları işçilərinin peşə bayramı günündə təsis edilib.

      Üzərindən az zaman keçməyib, qəzet günümüzə qədər varlığını saxlayıb. Neft sənayesində baş verən yeniliklər, üstün texnoloji naliyyətlər, fədakar neftçilər barədə müfəssəl məlumatları Azərbaycan cəmiyyətinə çatdıra bilib.

Bu gün qəzetin dərc olunmasından 55 il ötür, böyük naliyyətlərə imza atan "NEFT DAŞLARI" qəzetinin 55 illik yubileyi qeyd olunur.

Bu xoş gündə Faktinfo.az saytı adından qəzetin kollektivinə naliyyətlər arzulayır, baş redaktor Xeyrulla Ağayev başda olmaqla,həmkarlarımızı təbrik edirik!

 FAKTİNFO.AZ


"NEFT DAŞLARI" qəzetinin dərc olunmasından 55 il ötür"NEFT DAŞLARI" qəzetinin dərc olunmasından 55 il ötür
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi