NEFT VƏ SƏNAYE UNİVERSİTETİNDƏ QEYRİ-ADİ QALMAQAL –

NEFT VƏ SƏNAYE UNİVERSİTETİNDƏ QEYRİ-ADİ QALMAQAL – Təhsil naziri xəbər tutdu və prorektoru vəzifəsindən azad etdi...

Bugünlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qəribə bir qalmaqal olub.

Faktinfo.az xəbər verir ki,təhsil sektorundakı mötəbər mənbədən “AzPolitika.info-ya daxil olan məlumata görə, ADNSU rəhbərliyi Novruz Bayramı ilə əlaqədar təhsil müəssisəsinin 140 əməkdaşına birdəfəlik maddi yardım edib. 140 əməkdaşa ümumilikdə 145 min manat vəsait ayrılıb və bu pul həmin əməkdaşların maaş kartlarına vurulub.

Lakin pul mükafatları kartlara vurulduqdan sonra rəhbərlik həmin vəsaiti nağd formada əməkdaşlardan geri tələb edib. Əməkdaşlar narazı olsalar da, əksəriyyət vəsaiti nagd formada geri qaytarıb. Ancaq qısa zaman ərzində Təhsil naziri Ceyhun Bayramov bu biabırçılıqdan xəbər tutub və ADNSU rəhbərliyindən tələb edilib ki, vəsait yenidən əməkdaşlara paylansın. Belə də olub.

Dünən isə ADNSU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Adilxan Xəlilov Təhsil naziri Ceyhun Bayramovun əmri ilə vəzifəsindən azad olunub (Universitetin rəsmi saytında A.Xəlilovun adı prorektorların siyahısından çıxarılıb-AzPol.). A.Xəlilov bu vəzifəyə 2 il əvvəl – 2018-ci ilin iyul ayında təyin olunmuşdu. Universitetdə heç kim şübhə etmir ki, nazirin bu əmrinin “mükafat ver, geri al” əməliyyatı ilə birbaşa bağlılığı var. Lakin həm də belə bir fikir hakimdir ki, A.Xəlilov üstü açılan bu biabırçılığa görə qurban verilib. Çünki o, özbaşına bu işi görə bilməzdi.

Mənbənin bildirdiyinə görə, tədris işləri üzrə prorektor Qasım Məmmədovun da vəzifəsindən azad olunacağı gözlənilir.

Xatırladaq ki, ADNSU-nun rektoru Mustafa Babanlıdır. O, 2015-ci ildə bu vəzifəyə təyin olunub.

Mənbə deyir ki, M.Babanlı rektor təyin olunandan sonra ADNSU-da başlayan təmir işləri bitmək bilmir, bu gün də davam edir.

ADNSU-da baş verənlər və prorektor A.Xəlilovun işdən çıxarılmasilə bağlı Təhsil Nazirliyinin və universitetin mətbuat xidmətlərinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə onda məlumat olmadığını bildirdi. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov isə hər semestrin sonunda olduğu kimi, bu tədris ilinin I semestri tamamlandıqdan sonra universitetin professor-müəllim, tyutor və laborant olmaqla, 138 nəfər əməkdaşına tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədovun təqdimatı ilə pul mükafatı verildiyini bildirib. “Qasım Məmmədov hazırda iş başındadır və karantin şəraitində tədris prosesinin onlayn-formada həyata keçirilməyə başlaması ilə əlaqədar məsələlərin həlli ilə məşğuldur. İnzibati-təsərrüfat işləri üzrə prorektor Adilxan Xəlilovun işdən azad olunmasına gəlincə, o bir müddətdir ki, səhhəti ilə bağlı müalicə alır. Yanvar ayında Türkiyədə əməliyyat olunduqdan sonra səhhəti ilə əlaqədar gərgin iş rejimində çalışa bilməyəcəyini bildirmişdi. O, işdən azad olunmaqla bağlı ərizə ilə müraciət edib və martın 19-da onun xahişi təmin olunub".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi