Neftçalada şəhid anasını hədələyib, pulunu apardılar

Neftçalada şəhid anasını hədələyib, pulunu apardılar 

Dünən gecə Neftçalada şəhid Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək, evdə olan 800 manat pulu götürüb qaçıblar.

Bu barədə Elyar İslamoğlu məlumat yayıb.

O bildirib ki, şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxlayıb:

“Hadisə gecə olub. Şəhidimizin xanımı da hərbiçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını tez-tez ziyarət edə bildiyini deyib.

Telman Kəlbiyev yeddi bacının yeganə qardaşıdır.

“Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözü yaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi", - şəhidin xanımı deyib.

Qeyd edək ki, Telman Kəlbiyev Ömər aşırımı uğrunda gedən doyüşlərdə şəhid olub, onun cənazəsi ailəsinə 26 dekabr 2020-ci ildə təhvil verilib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi