Nensi Pelosi Trampın çıxışının mətnini çırdı

Nensi Pelosi Trampın çıxışının mətnini çırdı + VİDEOLAR

ABŞ prezidenti Donald Tramp "Ölkənin vəziyyəti haqqında" illik müraciətindən əvvəl Konqresin Aşağı Palatasının spikeri Nensi Pelosinin əlini sıxmaqdan imtina edib.

Qeyd edilir ki, hadisə ABŞ dövlətinin başçısı müraciətinin başlanğıcından əvvəl, çıxışının mətnini qanunverici orqanının hər iki palatasına vermək üçün tribunaya qalxan zaman baş verib. Bu zaman spiker Nensi Pelosi prezidentə əl uzadıb. Lakin qadın dövlət başçısının cavab jesti ilə qarşılaşmayıb. Nensi Pelosi prezidentin bu hərəkətinə gülüb.

Tramp çıxışını yekunlaşdırdıqda isə Nensi Pelosi etirazını onun çıxışının mətnini çırmaqla nümayiş etdirib.

Bu, ABŞ prezidentinin siyasi rəqibinə qarşı ilk xoşagəlməz rəftarı deyil. 2019-cu ilin oktyabrında Donald Tramp “Twitter”-dəki səhifəsində spikerin fotosunu paylaşaraq "Öz iflası ilə məyus edilmiş əsəbi Nensi" sözlərini yazıb.

Ötən il dekabrın sonunda isə Tramp özünün “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda spiker Pelosini "dəli Nensi" adlandıraraq aşağılayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi