Netanyahu: İsrail Yaxın Şərq regionunu dəyişdirəcək

Netanyahu: İsrail Yaxın Şərq regionunu dəyişdirəcək 

İsrail Yaxın Şərq regionunu dəyişdirəcək.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin cənubundan olan yerli siyasətçilərlə görüşündə deyib.

 "Mən bilirəm ki, siz çətin və dəhşətli şeylərdən keçmisiniz. HƏMAS-ın üzləşəcəyi isə daha çətin və dəhşətli olacaq. Biz artıq döyüşün ortasındayıq və bu, bir başlanğıcdır", - Netanyahu bildirib.

 

Baş nazir İsrail rəsmilərinə göstərdikləri dözümə və cəsarətə görə təşəkkür edib. O qeyd edib ki, qarşıdan gələn döyüş zaman alacaq.

 "Sizdən güclü olmanızı xahiş edirəm, çünki biz Yaxın Şərqi dəyişdirəcəyik", - Baş nazir vurğulayıb.

 APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi