Nigeriya may ayı üçün neftin qiymətini endirdi –Rəqəmlər

Nigeriya may ayı üçün neftin qiymətini endirdi –Rəqəmlər 

Nigeriya may ayı üçün çatdırılma ilə “Qua Iboe” markalı neftin rəsmi qiymətlərini “Brent” neftinin bir barelinin qiymətinə nisbətdə 3,92 ABŞ dolları endirimlə təyin edib.

Bu barədə “Bloomberg” agentliyinin nəzərdən keçirdiyi qiymət siyahısına istinadən xəbər verir.

Agentlik qeyd edir ki, bu marka neft üçün ən azı 2002-ci ildən bu yana ən aşağı qiymət təyin olunub. Apreldə Nigeriyanın neft tədarükünə endirimi “Brent” markalı neftin bir barelinin qiymətinə nisbətdə 3,1 ABŞ dolları idi.

Bundan başqa, Nigeriya may ayında “OSP Bonny Light” markalı neftin bir barelinin qiymətini aprel ayında “Brent” neftinin qiymətinə nisbətdə 3,29 ABŞ dollarına qarşı 3,95 ABŞ dolları endirimlə təyin edib.

Bu, may ayı üçün neftin qiymətini azaldan ilk ölkə deyil. Beləliklə, aprel ayının əvvəllərində Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti may ayı üçün neft tədarükünün qiymətlərini açıqlayıb və şirkət Asiya bazarı üçün qiymətləri ucuzlaşdırıb, ABŞ üçün isə artırıb/Report.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi