Niyaməddin Musayev: "Dubts-dubts" ritmi almaq üçün həmin "udarnik"ə "poduşka" qoyur, min dənə iş görürdüm

Niyaməddin Musayev: "Dubts-dubts" ritmi almaq üçün həmin "udarnik"ə "poduşka" qoyur, min dənə iş görürdüm 

"O zamanlar diskoteka anlayışı Azərbaycanda yox idi.

"Udarnik" var, ona vururdular, amma musiqi düz gəlmirdi. "Dubts-dubts" ritmi almaq üçün həmin "udarnik"ə "poduşka" qoyur, min dənə iş görürdüm. Sadə ritmlər olmurdu. Diskotekanı, o ritmləri ölkəyə mən gətirmişəm. Yeniliklər var, amma o diskotekada da milli ruh olmalıdır. Milli ruh olmasa, o mahnı sevilməz, nə də onu başqa xalqlar qəbul edər. Necə şeirlərdə söz yığınağı var, musiqidə də eyni şey olacaq. Ona görə də alınmaz".

 

Bu sözləri Xalq artisti Niyaməddin Musayev "Künc-bucaq" yutub layihəsində qonaq olarkən deyib.

 

"Aparıcılar hansı müğənnilərlə yaxınlıq edirlər, onları da tərifləyib, reklam edirlər. Həmin müğənnini böyüdüb, böyük sənət kimi qələmə verirlər. Baxırsan ki, qabiliyyəti də yoxdur. O aparıcılar mənim gətirdiyim janr haqda bir kəlmə də olsun danışmırlar. Elə bil içlərində paxıllıq, qısqanclıq var. Uğurlu insanam. Ulu öndər Heydər Əliyev tərəfindən qiymətləndirilmişəm. Özüm-özümə bu qiyməti verməmişəm. Onlar da bilməlidirlər ki, bu janrı yaradan Niyaməddin Musayevdir", - deyə o, aparıcılardan şikayətlənib.

 

N.Musayev həmkarlarının ifasını tənqid edərək musiqilərini düzgün oxumadıqlarını vurğulayıb:

 

"Nəğmələrimi oxuyan aranjimançılar özlərindən müştəbehdirlər. Musiqimə elə notlar əlavə edirlər ki, tamam yad olur. O musiqi ilə bu musiqi tamam uzlaşmır. Musiqidə gətirdiyim stili, janrı və nəfəsi xarab edir. Müğənnilərin əksəriyyəti musiqini düz oxumurlar"./Axşam.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi