Niyazi Bayramovun oğlunun avtomobil kolleksiyası -

Niyazi Bayramovun oğlunun avtomobil kolleksiyası - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramova məxsus 2 milyon manatlıq avtomobil kolleksiyasının fotoları sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Faktinfo.az Pravda.az-a istinadən xəbər verir ki, icra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib.

 

Atası 1280 manat məmur maaşı alan B.Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib?

 

Gəncə Şəhər İcra Hakimiyyətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələdə qarşı tərəf nə Gəncə Şəhər İcra Hakimiyyəti, nə də Nizayi Bayramovdur.

 

“Adıçəkilən vətəndaşın özü ilə əlaqə saxlasanız, daha doğru olar. Şəxs icra başçısının oğlu olsa belə, yetkinlik yaşına çatmış Azərbaycan vətəndaşıdır. Şəxsi həyatı, fəaliyyəti, işi olan bir insandır” – məlumatda qeyd olunub.

 

Aytəkin Qardaşova

 Fotoları təqdim edirik

Faktinfo.az xəbərə münasibət öyrənmək üçün Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.Mövzunun onlara aid olmadığını əsas götürərək Gəncə Şəhər İcra Hakimiyyətindən suala cavab verə bilməyəcəkləri bildirilib.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi