Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayının sahibi prokurorluğa verildi

Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayının sahibi prokurorluğa verildi 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində mütəmadi olaraq ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılır.

Faktinfo.az  ETSN-ə istinadən xəbər verir ki, növbəti araşdırma zamanı Nizami rayonu, Mehdi Abbasov küçəsi 4 c ünvanında, "Planet” şadlıq sarayının arxa hissəsindəki yaşıllıq sahəsində yaşköküstə 12-28 sm diametrliyində sərv, eldar şamı və qarağac cinsli 9 ədəd ağacın qanunsuz kəsildiyi, 20 ədəd ağacın isə gövdə və çətir hissələrinin ciddi zədələndiyi məlum olub.

"Ağacların ərazidə tikinti aparan "Karvan-K” istehsalat-kommersiya firması tərəfindən kəsildiyi və zədələndiyi müəyyən edilib. Özünü Planet şadlıq sarayının rəhbəri kimi təqdim edən Talıb Quliyev ağacların onun göstərişi ilə kəsildiyini bildirib. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı tikintini həyata keçirən "Karvan-K” firması barəsində akt tərtib olunaraq 7920 manat məbləğində ziyan tətbiq edilib. Məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barədə qanunamüvafiq tədbirlərin görülməsi və ərazidəki digər ağacların məhv edilməsi təhlükəsinin qarşısının alınması məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Əfsus ki, sosial şəbəkələrdə bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran, pafoslu ifadələr işlədərək özünü ətraf mühitin, yaşıllıqların fəal qoruyucusu kimi göstərməyə çalışan vətəndaşın özü, bəzi hallarda etinasızlıq, məsuliyyətsizlik göstərərək yaşıllıq olan ərazidə ağacları kəsərək tikinti aparır".

Məlumatda bildirilib ki, hər hansı bir obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran orqan ərazidə yaşıllıq olub-olmamasını nəzərə almalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı ETSN ilə əvvəlcədən razılaşdırılmalıdır:

"Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır".


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər