Novella Cəfəroğlu: “Eldar Əzizov “Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir, Fransa ilə müqayisə edə bilərik” deyəndə özünü nəzərdə tutur...”

Novella Cəfəroğlu: “Eldar Əzizov “Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir, Fransa ilə müqayisə edə bilərik” deyəndə özünü nəzərdə tutur...” 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu “Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik” sözlərinə görə tənqid edib.

Faktinfo.az xəbər verir ki,Novella Cəfəroğlu bu barədə  Pravda.az-açıqlamasında deyib ki, Eldar Əzizov özünün yaşayışından danışır.

 

"Fransanın yaşayışını bilmirəm, yəqin, Eldar Əzizov onu yaxşı bilir. Azərbaycanda yaşayış yüksək səviyyədə deyil, orta səviyyədə hamı ailəsini çətinliklə dolandıra bilir. Kasıb ailələr var, onlar haqqında bizim neçə dəfə təklifimiz olub, icra hakimiyyəti kasıb ailələrini öz himayəsinə götürsünlər. Kimin işi yoxdur, işlə təmin etsinlər... Vacib deyil ki, o istəyən iş olsun. Kimin ailəsində xəstə var, uşağı çoxdur, onlara ayda bir dəfə sovqat qutusu göndərmək olar. İçində duru yağ, şəkər, qənd, düyü, makaron, qreçka, bir toyuq, un və s. Bunların hamısını nə üçün deyirəm, çünki görmüşəm. Hər ay Yəhudi İcması Larisa Reyxrudel bunları edir. Kasıb yəhudi ailələrinə, hər həftədə bir dəfə yemək verir. Bundan başqa yaxında olan kasıb Azərbaycan ailələrinə də köməklik edir. Belə biz də mümkün qədər kasıblığın qabağını ala bilməsək də, köməklik edə bilərik. Çox iş görmək olar, bir istək lazımdır...", - N.Cəfəroğlu bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi