Nursultan Nazarbayev:

Nursultan Nazarbayev: "Nəvəm bu işin qulu idi, dayana bilmirdi"

3 qızımdan mənim gözəl nəvələrim var. Təəssüf ki, bu il mənə çox oxşayan nəvəmi itirdik.

Bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev deyib.

“Bu nəvəm həyatdan tez getdiyi üçün çox təəssüf edirəm. Onu harasa göndərməyə bilərdik, amma onu saxlamaq mümkünsüz idi. O, artıq bu işin qulu idi, dayana bilmirdi. Onu Moskvada, Londonda müalicə etdik, demək olar ki, çıxmışdı vəziyyətdən, amma yenidən qayıtdı (narkotik asılılıq - red), - Nazarbayev bildirib.

Qeyd edək ki, Nursultan Nazarbayevin nəvəsi Aysultan 2020-ci ilin avqustun 16-da 29 yaşında Londonda vəfat etmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi