“Nüvə müqaviləsindən imtina edə bilərik”

“Nüvə müqaviləsindən imtina edə bilərik” - İRANDAN BƏYANAT

İran hökuməti ABŞ-ın sanksiya həmləsinə qarşı NRT (Nüvə silahlarının qarşısının alınması) müqaviləsindən imtina edə biləcəyini bəyan edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: “İslam Respublikasının çox sayda seçim imkanı var. Rəhbərliyimiz bu variantları müzakirə edir... Bu seçimlərdən biri də nüvə müqaviləsindən imtina eləməkdir”. ABŞ ilə İran arasındakı gərginlik ötən il ABŞ prezidenti Donald Tramp hakimiyyətinin İran ilə imzalanan beynəlxalq nüvə müqaviləsindən imtina elədiyini bildirərək, İrana qarşı sanksiyalar tətiq eləməsindən sonra artdı. Aprel ayının əvvəlində İran İnqilab Keşikçilərinin terror təşkilatı siyahısına salan ABŞ iqtidarı İrandan neft idxal edən ölkələrə idxalı dayandırmaq çağırışı edib və davam edəcəkləri təqdirdə may ayından etibarən sanksiya tətbiq edəcəyini bildirib. Tramp ABŞ, Rusiya, Çin, Almaniya, İngiltərə və Fransa tərəfindən imzalanmış nüvə müqaviləsindən imtina elədiyini bəyan edəndə də İran Amerikanı müqaviləni xətm eləməklə təhdid eləmişdi./Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi