“O itin başını mənə gətirin” – Qaşıqçı ilə bağlı şok

“O itin başını mənə gətirin” – Qaşıqçı ilə bağlı şok 

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sözçülərindən olan Məhkəmə müşaviri əl-Qahtani jurnalist Camal Qaşıqçının öldürülməsinin internetlə izlədiyi və idarə etdiyi iddiası ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu iddianı “Röyter” agentliyi səudiyyəli rəsmilərə istinadla yayıb.

Xəbərdə qeyd edilir ki, vəliəhd şahzadənin sosial media üzrə fəaliyyətini tənzimləyən Abdullah əl-Qahtani qəzetçi cinayətini video bağlantı vasitəsilə izləyib.

Başqa sözlə, Qaşıqçı konsulluqda həbs edildikdən sonra öldürüləcəyi otağa aparılıb. Otaqda isə əvvəlcədən video-əlaqə qurulub və Qahtani Riyada otağında əyləşərək İstanbul konsulluğuna bağlanıb.

Camal Qaşıqçının saxlanıldığı otağa internetlə bağlanan Qahtani söyüş söyərək jurnalisti təhqir edib.

Bundan sonra şahzadənin təmsilçisi otaqda olan ölüm qrupuna “mənə o itin başını gətirin” deyib. Ancaq Qahtaninin jurnalistin öldürüldüyü anı izləyib-izləmədiyi bəlli olmayıb.

Səudiyyə Krallığı Məhkəməsində adının açıqlanmasını istəməyən bir məmur isə “Röyter”ə deyib ki, Camal Qaşıqçı cinayətində cavabdehliyi Qahtaninin üzərinə götürməsi istənilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi