"Oğlumun öldüyü xəbəri doğru olsa, şəkər paylayacam"

"Oğlumun öldüyü xəbəri doğru olsa, şəkər paylayacam" 

Türkiyənin Adana şəhərində 34 yaşlı Fazıl Sayılırın intiharına anası gözlənilməz reaksiya verib.

Türkiyə mətbuatı xəbər verir ki, oğlunun 15 yaşından narkotik vasitələrin aludəçisi olduğunu deyən Aysel Sayılır bu günü bayram kimi qeyd edəcəyini bildirib:

“Bu gün mənim bayramımdır. Nağara çaldıracam, oğlum narkotikadan xilas oldu. Hər gün 300 lirə tapmaqdan yorulmuşdum. İnsanlara dua edəndə deyirəm ki, Allah sizə xeyirli övlad versin. Öldüyü doğru olsa, şəkər paylayacam. Mənim oğlum yaşayan ölü idi, indi yaşamağa başladı. Mən onu xilas edə bilmədim”./qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi