Oğuz gəncləri:

Oğuz gəncləri: Səsimizi hər zaman yanımızda olan Aqiyə Naxçıvanlıya verəcəyik!

Fevralın 4 –də 117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunun gəncləri ilə görüşdü. Gənclər onu böyük sevgi ilə qarşıladılar.

Tədbiri giriş sözü ilə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq iştirakçıları salamladı. Bu gün Öğuz gəncləri ilə görüşə gələn Aqiyə xanımın gənclik illərindən söhbət acid. Onun gənc yaşlarından bacarıqlı kadr olduğuna görə komsomol gənclər təşkilatının birinci katibi vəzifəsinədək yüksəlməsindən, öz təşəbbüsü ilə rayonun ən ucqar kəndlərinə təhkim olunaraq oradakı kolxozçulara dəstək göstərməsindən, iradəsi sayəsində daha məsul vəzifələrə irəli çəkilməsindən və bununla yanaşı elmi, siyasi, pedaqoji fəaliyyətlə də məşğul olaraq Oğuzdan yeganə qadın siyasi eləmlər doktoru, professor adına layiq görülməsindən geniş söhbət açdı.

Gənclər adından İlkin Lətifov söz alaraq Aqiyə xanımın Oğuza hər gəlişində gənclərlə ayrıca görüşərək onları dinlədiyini, dəyərli məsləhətlər verdiyini, idman komandaları yarışlara gedərkən onlara dəstək olduğunu və hər çətin anda onlara arxa durduğunu qeyd etdi.

Gənc seçici Fərhad Rzayev əlil gənclərin məşğulluğunun təmin olunması üçün rayonda layihələrin keçirilməsi arzusunda olduğunu bildirdi.

Gənclərdən Elşən Alcansoy, Aytən Daşdəmirova və Süsən Mustafazadə çıxışlarında Aqiyə xanımın keçdiyi həyat yolunun onlar üçün örnək olduğunu bildirdilər və hər zaman yanlarında olan Aqiyə Naxçıvanlıya səs verəcəklərini bəyan etdilər.

Görüşdə çıxış edən Aqiyə Naxçıvanlı qeyd etdi ki, gənclik daim axtarışda olan, yeniliyi sevən, cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlanıldı.

Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Bu gün Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, Qarabağ problem ilə, torpaqlarımızın işğalı ilə bağlı beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurverici haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da məhz gənclərdir. Hər zaman adlarını qürurla çəkdiyimiz Mübarizi, Fəridi, Muradı, Samidi, Ruhini, Elnuru, aprel döyüşlərinin onlarla qəhrəmanınını buna misal göstərmək olar. Odur ki, siz gənclər üzərinizə düşən məsuliyyəti dərk edərək təhsilinizə, biliyinizə, iradənizə güvənərək fəaliyyətinizi dövlətin mənafeyinə uyğun aparmalısınız. ”

Aqiyə Naxçıvanlı Oğuz gənclərinin son illərdəki nailiyyətlərini izlədiyini, rayonu layiqincə təmsil etmələrinin təqdirəlayiq olduğunu söylədi. Onlara uğurlar arzuladı və vurğuladı ki, dövlət başçısı İlham Əliyevin siz gənclərə göstərdiyi qayğıdan bəhrələnərək daha güclü Azərbaycan naminə yeni uğurlara imza atmalısınız!

Tədbirin sonunda rayonun fəal gəncləri ilə xatirə şəkilləri çəkildi.

Oğuz gəncləri:Oğuz gəncləri:Oğuz gəncləri:Oğuz gəncləri:Oğuz gəncləri:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi